"Mançester Yunayted" Avropa Liqasının qalibidir!

"Mançester Yunayted" Avropa Liqasının qalibidir!

Avroliqada 2016/2017 mövsümünə yekun vurulub. Qol.az-ın məlumatına görə, dünən axşam qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib. Stokholmdakı həlledici qarşılaşmada "Ayaks" və "Mançester Yunayted" üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşaya "qırmızı şeytanlar" kubokun sahibi olub.

Qeyd edək ki, "Mançester Yunayted" bu çempionluq sayəsində növbəti mövsüm ÇL-də oynamaq hüququ qazanıb. "Ayaks" isə uduzsa da, Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-ə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə