Kişi voleybolçularımız Türkiyə yığmasına uduzub

Kişi voleybolçularımız Türkiyə yığmasına uduzub

Dünən kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Voleybolçularımız ilk oyunda Türkiyə yığması ilə üz-üzə gəliblər. Portuqaliyalı baş hakim Helio Ormondenin idarə etdiyi oyun Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz növbəti oyununu mayın 25-də Almaniya yığmasına qarşı keçirəcək. Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər. Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə