İslamiada: Azərbaycan üzgüçüsündən daha bir qızıl medal

İslamiada: Azərbaycan üzgüçüsündən daha bir qızıl medal

SİA-nın məlumatına görə, günə kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarının təsnifat seansları ilə start verilib. Daha sonra kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının yarımfinal və final görüşləri, kişilər və qadınlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarının yarımfinal mərhələsi keçirilib. Qadınlar arasında 100 və 1500 metr məsafəyə sərbəst üsulla üzmə, qadınlar arasında 200 metr, kişilər arasında 100 metr məsafəyə arxa üstə üzmə, kişilər arasında 400 metr məsafəyə kompleks üsulla üzmə, qadınlar arasında 200 metr məsafəyə batterflay üsulla üzmə və kişilər arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışlarının qalib və mükafatçıları məlum olub.

Üzgüçülük yarışlarının üçüncü günündə Türkiyə idmançıları 4-ü qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 11 medal qazanıblar.

Qaliblərə medalları Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Mohammad Abdulla Al Ahceri və İHİF-in İcraiyyə Komitəsinin üzvü İdris Dokani Adiker təqdim ediblər.

Üzgüçülük yarışlarına mayın 17-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня