Elxan Məmmədov: "Finala hazırıq" AÇIQLAMA

Elxan Məmmədov: "Finala hazırıq" AÇIQLAMA

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci olaraq, ölkəmizə daha bir qızıl medal qazandırdığım üçün çox sevinirəm. Əlimizdən gələni edəcəyik ki, komanda yarışlarında da qızıl medal qazanaq". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan cüdo üzrə Azərbaycan milli komandasının üzvü Elxan Məmmədov (100 kq) deyib.

O qeyd edib ki, komanda yarışlarında finala qədər keçirdikləri ən çətin görüş Türkiyə yığması ilə olub: "Komandamızın tərkibində əsas heyətimiz mübarizə aparır. Finala qədər 3 qarşılaşma keçirdik. Qırğızıstan, Türkiyə və yarımfinalda Özbəkistan yığmalarını məğlub etdik. Qardaş Türkiyə millisi ilə görüşümüz çətin keçdi. Artıq finala vəsiqə qazanmışıq. Finalda Əlcəzair komandası ilə qarşılaşacağıq. Komandamız çox güclüdür. Final görüşünə hazırıq. Heyətdə ab-hava yaxşıdır. Çünki bunadək maksimal nəticə göstərmişik. Cüdoçularımız 7 çəkidən 7 medal qazanıblar - 5 qızıl, 2 gümüş. Qələbə üçün əlimizdən gələni edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə