Fəridə Abiyeva: “Qızıl medal qazanıb, Azərbaycan xalqına həsr edəcəyəm” AÇIQLAMA

Fəridə Abiyeva: “Qızıl medal qazanıb, Azərbaycan xalqına həsr edəcəyəm” AÇIQLAMA

"Finala kimi 3 döyüş keçirməli idim. Birinci döyüşdə Çad idmançısına 8:0, ikinci qarşılaşmada Kot-d’İvuar karateçisinə 2:0 hesabı ilə qalib gəldim. Yarımfinalda özbək idmançını da 3:1 hesabı ilə məğlub edərək ən azı gümüş medal təmin etdim". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanmış karate üzrə Azərbaycan milli komandasının üzvü Fəridə Abiyeva (-61 kq) deyib.

O, yarımfinaldakı özbək rəqibinə qarşı döyüşə aqressiv çıxdığını vurğulayıb: "Özbəkistanlı karateçiyə öncələr 2 dəfə məğlub olmuşdum. Ona görə döyüşə çox aqressiv çıxmışdım. Yalnız qələbə haqda düşünürdüm. Baxmayaraq ki, döyüşün əvvəlində 1 xal geri düşdüm, özümü itirmədən ardıcıl 3 xal qazanaraq rəqibi məğlub etdim. Qızıl medal qazanıb, Azərbaycan xalqına həsr edəcəyəm".

Qeyd edək ki, idmançımız finalda İran karateçisi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə