Mayın 7-də Astara Olimpiya kompleksində Aprel döyüşlərinin xatirəsinə həsr olunmuş peşəkar boks üzrə turnir keşiriləcək. "Yaşıl çay"ın məlumatına görə, ilk dəfə keçirilən yarışda həmyerlimiz tanınmış peşəkar boksçu Rauf Ağayevin gürcü boksçusu ilə möhtəşəm döyüşü baş tutacaq. 6 kəmər sahibi (WBC-1 WBC-2 WBCA DÜNYA, AVROPA VƏ ASYA) ÇEMPİONU həmyerlimiz Rauf Ağayevə ancaq qələbə arzulayırıq! Gəlin, hamımız ona dəstək olaq!

Olimpiya Oyunlarının iştirakçısı Cavıd Tagıyev bu haqda belə deyib: "Mən Raufa ınanıram, Rauf cox bacarıglı və calışqan boksçudur, qələbəni daim özündə hıss edır. Hər vaxt qələbə ruhuyla və Vətənimiz Azərbaycanımızın adına layiq məsuliyyət hissi ilə döyüşə çıxır. Bunun özü artıq qələbədir. Əziz dostum və qardaşım Rauf Agayev, sənə ancaq qələbə arzulayıram!"
Biz də hamını mayın 7-də tanınmış boksçumuza dəstək olmağa çağırır, Raufa Azərbaycan bayrağını şərəflə dalğalandırmağı arzu edirik!
S. Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB