Arsen Venger: "Sançesi satmayacağıq"

"Arsenal"ın baş məşqçisi Arsen Venger komandanın futbolçusu Aleksis Sançesin gələcəyi ilə bağlı önəmli açıqlama verib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, çilili hücumçunu satmayacaqlarını deyib:

"Sançes hələ yeni müqavilə imzalamasa belə, onu satmayacağıq. Sançesi İngiltərə Premyer Liqası klubuna satmaqdansa, komandada saxlayaram. Ümid edirəm ki, o, bizimlə yeni müqavilə imzalayacaq".

Qeyd edək ki, müqaviləsi növbəti mövsümün sonu başa çatacaq A.Sançeslə "Çelsi, "Mançester Siti", PSJ və "Yuventus" maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə