"Kuboku qazansaq, “Qəbələ” üçün böyük nəticə olar"

"Bir çox matçda qalib gəlməli olsaq da, heç-heçə etdik. Təəssüf ki, çox xal itirdik. Bu, səbəblərdən biri idi. Hər bir oyunda onlarla qol imkanları yaratsaq da, bunlardan yararlana bilmədik". Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "İnter"lə oyundan (4:3) sonra keçirilən mətbuat konfransında deyib.

- Titul üçün son şansınız ölkə kubokudur. Komanda "Qarabağ"dan çempionatın revanşını ala biləcəkmi?

- Təcrübə göstərir ki, kubok oyunlarının özünəməxsusluğu var. Burda favorit olmur. Bilirik ki, şansımız var. Kuboku qazanmaq üçün mübarizə aparacağıq. Rəqibdən üstün olmağa çalışacağıq. Kuboku qazansaq, "Qəbələ" üçün böyük nəticə olar.

- Çempion olmağınız üçün nə mane oldu?

- Çempion olmaq üçün qalib gəlmək, bir çox şeylərdə üstün olmaq lazımdır. Bəzi görüşlərdə onlarla qol vəziyyəti yaratsaq da, reallaşdıra bilmədik. Səbəblər çoxdur. Sadalasam vaxt çatmaz.

- "Qəbələ" üçün titul qazanmaq üçün son şans Azərbaycan kubokudur. Komandanız finalda "Qarabağ"ı məğlub edə biləcək?

- Final matçlarında favorit olmur. Bir neçə dəfə qalib gəldiyimiz "Qarabağ"la qarşılaşacağıq. Şansımız var. Bundam istifadə etməyə çalışacağıq. Titulu əldə etsək, "Qəbələ" üçün uğurlu nəticə olacaq.

- Yəqin istərdiniz ki, hamı sizə qarşı açıq futbol oynasın. 1:0 hesablı qələbə hər halda daha çətin olar, nəinki 4:3 hesablı.

- "Qəbələ" üçün çox önəmli, uğurlu mövsüm oldu. Avropa Liqasında qrup mərhələsində çıxış etdik. Çempionluq uğrunda mübarizə apardıq və kubokun finalna vəsiqə əldə etmişik.

- Çempionluq hansı oyunda əldən çıxdı?

- Məhz hanısa oyunu göstərmək düz olmaz. Çemionatda 28 matç var. Çempion olmaq üçün üstün oyandığımız oyunlarda qalib gəlməli idik. Karyeramda çox oyunlar görmüşəm. Amma bu gün çox qəribə bir səssizlik var idi. Sanki futbol matçı keçirilmirdi. Belə məqamlar da var.

- "Qəbələ"dəki taleyiniz kubokun finalından asılıdır?

- Daim inkişaf barədə düşünmək lazımdır. Rəhbərliklə danışmalıyam. Hansı perspektivlərin, hədəflərin olmasını dəqiqləşdirməliyik.

- Komandanız Avropa Liqasının qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub oldu və çempionluq uğrunda yeganə rəqibi olan "Qarabağ"a uduzdu. Belə olan halda mövsümü necə uğurlu adlandırmaq olar?

- Biz imkanlarımız daxilində maksimum etdik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...