Ramil Şeydayevin komandası Slovakiya çempionu oldu

Ramil Şeydayevin komandası Slovakiya çempionu oldu

Futbol üzrə Slovakiya Fortuna Liqasında XXVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə Bratislava "Slovan"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbə Şeydayevli "Jilina"nın çempionluğu təmin etməsi üçün də yetərli olub. Belə ki, mövsümün sonuna 5 tur qalmış "Jilina" 61 xalla çempionatın vahid lideridir. Bu komandanın əsas izləyicisi "Slovan" isə 48 xala malikdi.

Bütün xəbərlər Facebook səhifəmizdə