Bu gün səhər Çinin "Şanxay Şenxua" klubunun öz oyunlarını keçirdiyi stadionda güclü yanğın olub. SİA-nın xarici mətbuata istinadən yaydığı məlumata görə, "Hongkou Stadium"dakı yanğın yerli vaxtla səhər saat 8.30-da başlayıb. 33 min tamaşaçı tutumuna malik olan arenada yanğın söndürülüb. Xəsarət alan olmayıb. Hadisə səbəbindən "Şanxay Şenxua" aprelin 16-dakı ev oyununu başqa arenada keçirməli olacaq.
Polis bildirib ki, yanğın stadionun qapalı tribunasında baş verib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB