"Meydanda özümüzü göstərməliyik"

"Meydanda özümüzü göstərməliyik"

"Son dünya çempionuna qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlaşmışıq. Meydana çıxıb öz futbolumuzu oynamağa çalışacağıq. Çox danışmağa ehtiyac yoxdur. Sabah meydanda özümüzü göstərməliyik". Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsində Almaniya yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, matçda azarkeşin çox olmasının əlavə stimul olacağını bildirib: "Azarkeş 12-ci oyunçudur. Almaniya belə atmosferdə oynamağa öyrəşib. Ona görə də onlara çətin olmayacaq. Bizim üçün isə stimuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə