UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib. Qurumun rəsmi saytında yer alan xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Beşiktaş"ın yarımmüdafiəçisi Rikerdo Quarejma ən yaxşı oyunçu seçilib. O, səslərin 59 faizini toplayıb. Digər namizədlər Kasper Dolberq ("Ayaks") 25 faiz, Xuan Mata ("Mançester Yunayted") 14 faiz, Daniel De Rossi ("Roma") 3 faiz səs yığıblar.
Qeyd edək ki, R.Quarejma Avropa Liqasının 1/8 finalında "Olimpiakos"la cavab oyununda 1 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB