AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
5 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXI turunun "Kəpəz" – AZAL matçının videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
Oyunun 64-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur(maddə 38.2).
Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
5 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Neftçi" – "Zirə" matçının 42-ci dəqiqəsində "Zirə" klubunun 97 №-li futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
4 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun "Turan Tovuz" – "Şəmkir" matçının əvvəlində "Şəmkir" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).
4 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun "Şərurspor" – "Qaradağ Lökbatan" matçının 71-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 24 №-li futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
1 mart 2017-ci il U-19 Liqasında "Qarabağ" – AZAL matçının 83-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Mahir İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 mart 2017-ci il U-16 Liqasında "Qarabağ" – "Turan" matçında "Turan" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 mart 2017-ci il Boulevard Hotel U-15 Liqasında "Qarabağ" – "Zirə" matçının 15-ci dəqiqəsində "Qarabağ" klubunun baş məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
4 mart 2017-ci il U-14 Liqasında "Qəbələ" İK – "Neftçi" PFK matçının 48-ci dəqiqəsində "Qəbələ" İK klubunun 6 №-li futbolçusu Ülvi Mədətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 mart 2017-ci il U-11 Liqasında UGİM Nabran – "Yalama" matçında "Yalama" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 mart 2017-ci il U-11 Liqasında "Qarabağ" – "Dortmund" matçında "Dortmund" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB