"Bursaspor" superliqada növbəti qələbə qazanıb

"Bursaspor" superliqada növbəti qələbə qazanıb

Futbol millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə superliqasında növbəti oyununu keçirib. Qol.az-ın məlumatına görə, komanda 23-cü turda dünən doğma meydanda "Qaziantepspor"la qarşılaşıb. Matç Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bursaspor" - "Qaziantepspor" - 2:1
Qollar:
Markinyo, 6 (0:1), İsmail Konuk, 8 (1:1), Jozua Con, 90 (2:1)

Qeyd edək ki, "Kayserispor"la oyunda aldığı qırmızı vərəqəyə görə iki oyunluq cəzalanan Dəniz Yılmaz matçı kənardan izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə