"Ramil Şeydayev “Zlate Moravtse”yə qarşı oyun üçün hazırdır"

"Ramil Şeydayev “Zlate Moravtse”yə qarşı oyun üçün hazırdır"

Slovakiyanın "Jilina" komandasının baş məşqçisi Adrian Gula, klubun saytına açıqlamasında bildirib ki, Ramil Şeydayev "Zlate Moravtse"yə qarşı oyun üçün hazırdır. Baş məşqçinin sözlərinə görə, azərbaycanlı futbolçunun oynaması ilə bağlı bütün hüquqi məsələlər artıq həllini tapıb.

Xatırladaq ki, "Jilina" bu gün Slovakiya çempionatının 19-cu turunda "Zlate Moravtse"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.30-da başlanacaq. Meydana çıxacağı təqdirdə, bu, R.Şeydayevin "Jilina"da debüt oyunu olacaq. Xatırladaq ki, R.Şeydayev "Jilina"ya fevralın əvvələrindən "Trabzonspor"dan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə