"Lester" Ranyeriyə 3 milyon 500 min avro təzminat ödəyəcək

"Lester" Ranyeriyə 3 milyon 500 min avro təzminat ödəyəcək

"Lester" sabiq baş məşqçisi Kladio Ranyerinin müqaviləsinə xitəm verdiyi üçün ona təzminat ödəyəcək. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis 3 milyon 500 min avro kompensasiya alacaq. Qeyd edək ki, istefaya göndərilən K.Ranyerinin "Lester"lə müqaviləsi 2020-ci ildə başa çatırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə