Dünən qadın voleybolçular arasında Çempionlar Liqasında V turun matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan klublarından "Telekom" meydana çıxıb. Zoran Qayiçin komandası Polşada "Ximik"in qonağı olub. Gözlənildiyi kimi voleybolçularımız səfərdən məğlubiyyətlə qayıdır. Çünki ötən turdan avrokubokla vidalaşan Bakı təmsilçisinin heyəti Orlen Liqanın qalibi ilə müqayisədə çox zəifdi. "Ximik" paytaxtımızdakı oyundan fərqli olaraq bu dəfə "quru hesab"la qalib gələ bilməyib. İlk seti qazanan "Telekom" sonrakı 3 hissədə isə rəqibin "toplarını sayıb".
Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
V tur
21 fevral
"Ximik" (Polşa) – "Telekom" (Azərbaycan) - 3:1 (21:25, 25:16, 25:13, 25:16)
Hakimlər: Blaz Markelj (Sloveniya), Stefan Bernstrom (İsveçrə)
Şetsin. Azoti Arena
|
1. |
Modena (İtaliya) |
4 |
4 |
0 |
12-4 |
384-347 |
11 |
|
2. |
Ximik (Polşa) |
5 |
3 |
2 |
12-9 |
458-416 |
9 |
|
3. |
Konegliano (İtaliya) |
4 |
2 |
2 |
10-8 |
381-376 |
7 |
|
4. |
Telekom (Azərbaycan) |
5 |
0 |
5 |
2-15 |
342-426 |
0
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB