Dünən futbol üzrə Azərbaycan çempionatının I divizionunda XVI turun daha 1 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında "Səbail" "Qaradağ Lökbatan"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Eltun Yaqublu, Bayram Budaqov və Orxan Qurbanlının qollarına Sabir Allahquliyev cavab verib.
Qeyd edək ki, XVI turdan sonra aktivində 31 xal "Səbail" 3-cü, 25 xallı "Qaradağ Lökbatan" isə 7-ci pillədə qərarlaşıb.
Birinci divizion
XVI tur
"Səbail" - "Qaradağ Lökbatan" – 3:1
Qollar: Eltun Yaqublu, 25; Bayram Budaqov, 50; Orxan Qurbanlı, 60 – Sabir Allahquliyev, 62
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB