ÇL-in “Dördlər finalı”nı keçirəcək ölkə müəyyənləşib

ÇL-in “Dördlər finalı”nı keçirəcək ölkə müəyyənləşib

Qadın voleybol komandaları arasında Çempionlar Liqasının "Dördlər finalı"nı keçirəcək ölkə müəyyənləşib. SİA-nın məlumatına görə, həlledici mərhələnin oyunları İtaliyada təşkil olunacaq.

Bu dəfə "Dördlər finalı"nın təşkilatçılığını Bakının "Telekom" klubu ilə "A" qrupunda yer alan "Konegliano" öz üzərinə götürüb. Aprelin 22-23-də keçiriləcək matçlar Trevizo şəhərində oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın iki klubu - "Azərreyl" və "Telekom" mübarizə aparır. "Telekom"dan fərqli olaraq, "Azərreyl" növbəti mərhələyə adlamaq şansını davam etdirir.

Qeyd edək ki, ötən mövsüm də İtaliya "Dördlər finalı"na ev sahibliyi etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə