Millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə superliqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda 20-ci turda doğma meydanda dünən "Fənərbaxça" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
"Bursaspor" - "Fənərbaxça" - 1:1
Qollar: Mussa Sou, 22-pen (0:1), Pablo Martin Batalla, 88-pen (1:1)
Start heyətdə meydana daxil olan D.Yılmaz 77-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, "Bursaspor" 20 turdan sonra 28 xalla 7-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB