“Neftçi” “İnteri darmadağın etdi!

“Neftçi” “İnteri darmadağın etdi!

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. İkinci oyun günü turnir cədvəlinin qonşularının görüşü ilə başlayıb. Ardıcıl 3-cü dəfə səfərdə oynayan "Kəpəz" "Sumqayıt"a da boyun əyib. İlə iki heç-heçə ilə başlayan Samir Abasovun yetirmələri ötən tur əldən verdiyi 4-cü pilləni qaytara bilib. Məğlubiyyət seriyası 3-ə çatan Gəncə klubu uğursuzluğunu 1:3 hesablı məğlubiyyətlə davam etdirib. Bu xal itkiləri Şahin Diniyevi istefaya bir az da yaxınlaşdırıb.

Tura mərkəzi oyunla yekun vurulub. "İnter Arena"da baş tutan paytaxt derbisində "İnter"lə "Neftçi" qarşılaşıb. Oyuna "Neftçi" ildırım sürəti ilə başlayıb. Artıq 17-ci dəqiqədə hesab 2:0 "ağ-qaralar"ın xeyrinə idi. "İnter" buna Rauf Əliyevlə cavab versə də, keçmiş "bankilər"in bundan artığına gücü çatmayıb. Əvəzində ikinci hissədə daha bir dəfə fərqlənən qonaqlar qələbəni bayram ediblər.

Azərbaycan Premyer Liqası

XVII tur

9 fevral (cümə axşamı)

"İnter" – "Neftçi" - 1:3

Qollar: Rauf Əliyev, 35 - Daniel Seqoviya, 13; Namiq Ələsgərov, 17; İqnasio Fernandes, 58
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Vüsal Əliyev
"İnter Arena"

"İnter": 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 2. Sərtan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze

"Neftçi": 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 8. Zdenek Folprext, 12. Daniel Seqoviya, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera Fernandes, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 13. Murad Ağayev, 3. Jayro Rodriges, 9. Uqo Barqas, 26. Kamal Qurbanov, 80. Edson Kastilyo, 60. Bahadur Həziyev
Baş məşqçi: Elxan Abdullayev

"Sumqayıt" – "Kəpəz" - 3:1

Qollar: Sergey Çernışev, 7; Azər Salahlı, 28; Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu

"Sumqayıt": 1. Fərhad Vəliyev, 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə (k), 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 18. Süleyman Əhmədov, 21. Nasır Abilayev, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

"Kəpəz": 88. Tadas Simaitis, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 68. Əli Nuri, 10. Dario Federiko, 77. Serjio Kosta, 7. Vüqar Bəybalayev, 19. Orxan Əliyev
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 90. Julien Ebah, 80. Tural Rzayev, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 17. Nicat Qurbanov, 14. Fərid Məmmədov
Baş məşqçi: Şahin Diniyev

Turnir cədvəli

1.

Qarabağ

17

12

3

2

31-8

39

2.

Qəbələ

17

11

5

1

34-8

38

3.

İnter

17

7

8

2

28-18

29

4.

Sumqayıt

17

5

7

5

19-22

22

5.

Zirə

17

6

3

8

14-18

21

6.

Kəpəz

17

3

6

8

12-21

15

7.

Neftçi

17

4

1

12

13-33

13

8.

AZAL

17

1

5

11

8-31

8

Bütün xəbərlər Facebook səhifəmizdə