Sərbəst güləş üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi olub

Sərbəst güləş üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi olub

16-17 fevral 2017-ci il tarixdə İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. SIA-nın verdiyi məlumata görə, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə B yarımqrupunda yarışacaq.

Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə