Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb FOTOLAR

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb FOTOLAR

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 4-5 fevral tarixlərində keçirilən 10-cu Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yüksək səviyyədə təşkil olunan buzadırmanma üzrə açıq Azərbaycan çempionatında Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və FAİREX-in prezidenti, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak ediblər.

İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Gənclərin böyük maraq göstərdiyi çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Daha sonra çempionat final mərhələsi ilə davam edib.

Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub. Ümumilikdə bu qəbildən olan yarışların keçirilməsi dağçılıq idman növləri üzrə beynəlxalq arenalarda Azərbaycan Respublikasını təmsil edəcək Milli Komandanın formalaşmasına xidmət edir.

Çempionatın nəticələrini təqdim edirik:

Çətinlik növü üzrə yarışan oğlanların nəticələri :

Rinat Rəhimxanov – Qafqaz İdman Klubu

Qalib Şıxrəhimov – Ləzə İdman Klubu

Ramay Rəhimxanov – Qafqaz İdman Klubu

Bütün xəbərlər Facebook səhifəmizdə