“Qəbələ” Rasim Ramaldanovu transfer edib

“Qəbələ” Rasim Ramaldanovu transfer edib

"Qəbələ" futbol klubu növbəti transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" Rasim Ramaldanovu heyətinə qatıblar. Otuz bir yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

R.Ramaldanov Azərbaycanda "Simurq", "Xəzər-Lənkəran" və "Sumqayıt"da çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan futbolçunun son klubu ötən il formasını geyindiyi "Kolxeti" olub.

2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə