Valtteri Bottas: “Williams” və “Mercedes” arasında böyük fərq yoxdur” FOTOLAR - AÇIQLAMA
"Mercedes"in Formula 1 komandasının yeni pilotu Valtteri Bottas alman komandasında yarışmağın yaradacağı psixoloji təzyiqə hazır olduğunu bidirib. SİA-nın məlumatına görə, Niko Rosberqin karyerasını bitirməsindən sonra bu komandaya transfer olunan V.Bottas son 3 ildə 9 dəfə fəxri kürsüyə çıxmağı bacarıb. Ancaq V.Bottas "Williams"da çıxış edərkən heç bir yarışda qalib gələ bilməyib.
V.Bottas "Williams" və "Mercedes" arasında böyük fərq olmadığını qeyd edib: "Hər iki komanda yarışlarda birinci olmağa çalışır. "Mercedes" uğur qazanmağa hələ çox acdır və mənə güvənir. Son 3 ildə qalib olsalar da, bu, onlar üçün yetərli deyil. Belə vəziyyətdə psixoloji təzyiq və stress olur. Ancaq F1-də olduğum müddətdə bunun sadəcə zərər verdiyini öyrənmişəm. Hədəflərin yüksəkdir. Əgər psixoloji təzyiq varsa da, bu xaricdən deyil, özümlə əlaqədardır. Hədəfim dəyişilməz olaraq qalıb. Çempion olmaq istəyirəm. Bu məqsədə çatmaq üçün komandamın dəstəyi mənə böyük kömək olacaq. Mənim vəzifəm bolidi ən yüksək şəkildə idarə etməkdir".
Qeyd edək ki, F1-də yeni mövsüm martın 26-da Avstraliya Qran Prisi ilə başlayacaq.
Elgün Vidadioğlu
.jpg)






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB