Mourinyodan ŞOK Runi açıqlaması: Getsə mane olmayacam

Mourinyodan ŞOK Runi açıqlaması: Getsə mane olmayacam

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo hücumçu Ueyn Runi ilə bağlı maraqlı fikir səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis "mankunianlar"ın liderinin komandadan ayrıla biləcəyini istisna etməyib. Mourinyo Çindən sərfəli təklif alan Runinin önünü kəsməyəcəyini söyləyib: "Runi komandamıza hələ çox xeyir verə bilər. Amma Çinə getmək istəyən futbolçuları da tənqid etmək istəmirəm. Çünki onlara çox böyük pullar təklif olunur. Ueyn mənə Çin variantı ilə bağlı heç nə deməyib. Ancaq karyerasını orada davam etdirmək istəsə, ona mane olmayacam".

Qeyd edək ki, 2004-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyan Ueyn Runi bu komandanın heyətində 250 qol vuraraq, ən məhsuldar futbolçu ünvanını ələ keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə