"Qarabağ" bu gündən etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək. Ağdam klubunun saytında yerləşdirilən xəbərə görə, Qurban Qurbanovun komandası təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək.
Ağdam təmsilçisinin ilk yoxlama oyununda "Aşqabad"la qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gedəcəyi sual altına düşüb. Bu səbəbdən "Qarabağ" yanvarın 15-i Albaniyanın ən titullu klublarından biri olan "Skenderbeu" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" digər yoxlama oyunlarında Styaua" (Buxarest), "Atırau" (Qazaxıstan) və "Termalitse" (Polşa) ilə qarşılaşacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB