Zidan Ronaldoya istirahət verəcək

Zidan Ronaldoya istirahət verəcək

"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun 1/8 final mərhələsinin "Sevilya"ya qarşı ilk oyununda Kriştiano Ronaldoya istirahət vermək fikrindədir. Bu barədə xəbəri "Marca" qəzeti yayıb. Qəzetin yazdığına görə, Zidan komandasının liderinin son vaxtlar ayaq əzələsində tez-tez yaranan problemlər səbəbindən bu addımı atmaq fikrindədir.

Qeyd edək ki, ilk görüş yanvarın 4-ü, cavab matçın yanvarın 11-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə