"Beşiktaş" Azərbaycana gələcək

"Beşiktaş" Azərbaycana gələcək

Türkiyənin "Beşiktaş" klubu Azərbaycana səfər edəcək.SİA-nın məlumatına görə, bu barədə klubun prezidenti Fikrət Orman "Bursaspor"un telekanalı "AS TV"yə bildirib.

O,"Bursaspor"un "Beşiktaş"la xeyriyyə matçı keçirilməsi ilə bağlı etdiyi təklifə cavabı zamanı Azərbaycana səfər barədə danışıb: "Beşiktaş"ın Azərbaycanda özəl oyunu olacaq. Ancaq tarix hələ müəyyənləşməyib. O vaxta qədər Antalyada olacağıq. "Bursaspor"un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də "Bursaspor"a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə matçını keçirə bilərik".

Qeyd edək ki, F.Orman Azərbaycanda kimlə oynayacaqları barədə açıqlama verməyib.//Qol.az

Bütün xəbərlər Facebook səhifəmizdə