MMA üzrə Azərbaycan çempionatı keçiriləcək

MMA üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 9-da Sumqayıt Olimpiya Kompleksində MMA üzrə Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan MMA Federasiyasından SİA-ya verilən məlumata görə, yarışın Sumqayıtda keçirilməsində məqsəd bu növün paytaxtdan başqa şəhərlərdə də inkişaf etdirilməsinə dəstək olmaqdır.

Federasiyanın vitse-prezidenti Etiqad Atakişiyev bildirib ki, yarışda 23 klubdan 100-dən çox idmançı mübarizə aparacaq. Çempionatda idmançılar 8 çəki dərəcəsində yarışacaqlar.

Qeyd edək ki, yarışın final görüşləri saat 18:00-də başlayacaq və "İdman Azərbaycan" televiziya kanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə