Bakıda gələn il keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin biletləri sabahdan onlayn qaydada satışa çıxarılacaq. Növbəti yarışda idman azərkeşləri üçün bir sıra kampaniyalar nəzərdə tutulub.
Bu ilin yayında Bakı "Formula 1-in ən yeni və gərgin mübarizəsinə səhnə oldu. Şəhərin gözəlliyi və tam fərqli trekin dünyaya nümayişi davam edəcək. Gələn il keçiriləcək növbəti yarışla əlaqədar azarkeşlərə biletlərin qiymətində xüsusi endirimlərin təklif olunur. Bu, həm yerli, həm də əcnəbi idman həvəskarlarına biletləri indidən almaq üçün böyük stimul yaadacaq. Biletlər onlayn formada dekabrın 1-dən satışa çıxarılacaq və erkən alanlar 30 faizədək endirimlə 4 günlük biletlər əldə edəcəklər. Bu kampaniya yanvarın 31-dək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Dördgünlük biletlərin sahibi trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlərdə trekdən kənarda baş tutacaq əyləncə tədbirlərində, həmçinin iyunun 15-də keçiriləcək Pit Yolu yürüşündə iştirak imkanı qazanacaqlar. Bundan əlavə, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarında xüsusi endirimli "gənc" biletləri təklif ediləcək. Bu isə yarışı ailəvi izləmək istəyənlər üçün fürsət yaradacaq. Qran Priyə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Trekin müxtəlif yerlərindəki ayaqüstü zona və platformalardan izləmək istəyənlər üçün də şərait yaradılıb. Onlar üçün birgünlük Ayaqüstü Biletlər təklif edilir. Yarışın keçirilməsi iyunun 18-nə nəzərdə tutulub. Lakin bu tarix dəyişdirilə bilər. Dəqiq tarix dekabrın əvvəlində məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB