Albert Vuds: “Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var” AÇIQLAMA

Albert Vuds: “Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var” AÇIQLAMA

"Azərbaycan ilə uzun müddətdir dostluq münasibətlərimiz var. Burada keçirilən "Bakı-2015" I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Mingəçevirdə təşkil olunan kanoe yarışları da çox uğurla keçib". Bunu jurnalistlərə açıqlamasında Avropa Kanoe Federasiyasının prezidenti Albert Vuds deyib.

O, Bakıda keçirilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Azərbaycan hökuməti, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Avarçəkmə Federasiyasının dəstəyi böyük təqdirə layiqdir. Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi. Dövlət başçısı paytaxtda da kanoe yarışları üçün kanalın yaradılmasının maliyyələşdirilməsinə xüsusi diqqət və önəm verir. Bu, bizim üçün xoş xəbərdir və öz kompetensiyamız daxilində yaymağa çalışacağıq. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov kanoe növlərinə və ümumilikdə idmana böyük diqqət ayırır, dəstək verirlər. Bu da bizim üçün çox sevindirici haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə