"Neftçi”nin iki üzvü məşqlərdə iştirak etmir

"Neftçi”nin iki üzvü məşqlərdə iştirak etmir

"Neftçi" PFK-nın əsas heyətinin iki üzvü məşqlərdə iştirak etmir. SİA xəbər verir ki, klubun Tibbi-Bərpa Mərkəzinin məlumatına görə, yarımmüdafiəçi Elşən Abdullayev müalicəsini davam etdirir. Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ ki, dəqiqləşməyib.

Yarımmüdafiəçi Fəhmin Muradbəyli isə pəncəsindəki zədə səbəbindən təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə