“Qəbələ” və “İnter” Avropanın məğlubedilməzləri sırasında

“Qəbələ” və “İnter” Avropanın məğlubedilməzləri sırasında

Avropanın bəzi klubları cari mövsüm ölkə çempionatında məğlub olmayıb. Qol.az-ın məlumatına görə, "Real", "Bavariya" "Tottenhem", "Beşiktaş" kimi klublar hələlik məğlubiyyət acısı yaşamayıb. Azərbaycan klublarından isə "Qəbələ" və "İnter" bu mövsüm meydanı xalsız tərk etməyib.

Topaz Premyer Liqanın geridə qalan 9 turunda 6 qələbə qazanan "Qəbələ" 3 heç-heçə edib. "İnter" isə 4 qələbə 5 heç-heçə ilə məğlubiyyətsizlik seriyasını davam etdirir.

Avropanın aparıcı çempionatlarında cari mövsüm uduzmayan komandaların siyahısını təqdim edirik.


İngiltərə Premyer Liqası

"Tottenhem" – 5 qələbə, 4 bərabərlik

İspaniya La Liqası

"Real" – 6 qələbə, 3 bərabərlik

"Vilyarreal" – 5 qələbə, 3 bərabərlik

Almaniya Bundesliqası

"Bavariya" – 6 qələbə, 2 bərabərlik

"Leypziq" – 5 qələbə, 3 bərabərlik

"Hoffenhaym" – 4 qələbə, 4 bərabərlik

Fransa I Liqası

"Nitsa" – 8 qələbə, 2 bərabərlik

Hollandiya Erediviziyası

"Feyenoord" – 9 qələbə, 1 bərabərlik

Portuqaliya Premyer Liqası

"Benfika" – 7 qələbə, 1 bərabərlik

Şotlandiya Premyer Liqası

"Seltik" – 8 qələbə, 1 bərabərlik

Türkiyə Super Liqası

"Başakşəhər" – 6 qələbə, 2 bərabərlik

"Beşiktaş" – 6 qələbə, 2 bərabərlik

Rusiya Premyer Liqası

"Zenit" – 7 qələbə, 4 bərabərlik

Azərbaycan Premyer Liqası

"Qəbələ" - 6 qələbə, 3 bərabərlik

"İnter" – 4 qələbə, 5 bərabərlik

Bütün xəbərlər Facebook səhifəmizdə