İnyesta meydanı göz yaşları içində tərk edib

İnyesta meydanı göz yaşları içində tərk edib

La Liqanın IX turunda səfərdə "Valensiya" ilə qarşılaşan "Barselona" ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, oyunun 14-cü dəqiqəsində hesab 0:0 olarkən İnyesta zədələnib. Enzo Pereslə mübarizədə yerə yıxılan yarımmüadfiəçiyə həkimlər yaxınlaşsa da, o, oyunu davam etdirə bilməyib. Katalonların kapitanı meydanı xərəkdə, göz yaşları içində tərk edib.

Qeyd edək ki, "Barselona"nın bu matçdan öncə də itkiləri var idi. Arda Turan, Rafinya, Pike eyni səbəbdən qarşılaşmada iştirak etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə