Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rio Olimpiya Oyunlarının finalçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər. Hər iki cüdoçumuz bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlində birinci yeri tuturlar.
Avropa Oyunları və qitə çempionatının gümüş mükafatçısı Orxan Səfərov 2-ci pillədə qərarlaşıb. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Nicat Şıxəlizadə mövqeyini bir pillə yaxşılaşdıraraq 7-ci yerə yüksəlib. İlqar Müşkiyev, Elxan Məmmədov, Məmmədəli Mehdiyev müvafiq olaraq 14, 19, 20-ci yeri tuturlar.
Ağır çəkili cüdoçumuz Uşangi Kokauri isə reytinq cədvəlinin 20-ci pilləsindədir.
Qadın cüdoçumuz Aişə Qurbanlı 40-cı yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB