“Sent Etyen”in kapitanı: "Məqsədimiz üç xal qazanmaqdır"

“Sent Etyen”in kapitanı: "Məqsədimiz üç xal qazanmaqdır"

"Qrupda ilk iki oyunumuz yaxşı alındı. Həm "Maynts", həm də "Anderlext"lə oyunların son dəqiqələrində qol vurduq. Bu qollar komandamıza növbəti oyunlar üçün motivasiya verdi". SİA-nın məlumatına görə, bu sözləri "Sent Etyen"in kapitanı Loik Perrin UEFA-nın saytına açıqlamasında deyib.

"Sent Etyen" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu "Qəbələ"yə qarşı keçirəcək. Fransalı müdafiəçi həmin görüş haqda da danışıb: "Məqsədimiz doğma meydanda üç xal qazanmaqdır. "Qəbələ"yə qalib gəlməliyik".

Qeyd edək ki, "Sent Etyen" – "Qəbələ"o yunu oktyabrın 20-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə