23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
Oktyabrın 12 və 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın cüdoçu mübarizə aparacaq. Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perespektivli cüdoçuları müəyyənləşdirməkdir. Qaliblərə diplomlar və medallar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB