"İlk növbədə Azərbaycan millisini təbrik edirəm. Onlar bu gün layiqli qələbə qazandılar".
Qol.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində millimizə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib. Hoqmo yenilginin səbəbini belə izah edib: "Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da? dəyərləndirə bilmədik. Bu gün qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür".
Norveç yığmasının çalışdırıcısı Bakı Olimpiya Stadionunun qazonundan da söz açıb: "Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində asmalardan çox istifadə etsək də, istəyimizə çata bilmədik. Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti görüşləri düşünməliyik".
Hoqmo Azərbaycan yığması haqda da fikirlərini bölüşüb: "Biz hər zaman qələbə qazanmaq istəyirik. Azərbaycan yığmasının inkişafı göz önündədir. Ötən il milliniz Xorvatiyadan da almışdı, Norveçdən də. Azərbaycan millisi çox gözəl müdafiə olunurdu".
O əlavə edib ki, hər iki oyunda uduzmalarına baxmayaraq, istefa verməyəcək: "Ötən mərhələdə Azərbaycandan 4 xal almışdıq. İstefa barədə düşünmürəm. Növbəti oyunlara hazırlaşacağıq. Əlbəttə, biz həmişə qələbə qazanmaq istəyirik. Amma Azərbaycanın millisinin inkişafı göz önündədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB