"Mançester Siti"nin transfer büdcəsi müəyyənləşib

"Mançester Siti"nin transfer büdcəsi müəyyənləşib

"Mançester Siti"nin gələn yay üçün transfer büdcəsi müəyyənləşib. SİA-nın məlumatına görə, Premyer Liqa klubu baş məşqçi Pep Qvardiola üçün 150 milyon avro büdcə ayırıb.

"Mançester Siti"nin hədəfindəki 3 əsas futbolçunun kimliyi də bəllidi. "Şəhərlilər" "Arsenal"dan Hektor Bellerin, "Yuventus"dan Leonardo Bonuççi və Dortmund "Borussiya"sından Pyer-Emerik Aubameyanqı transfer etmək istəyir.

Qeyd edək ki, "Transfermarkt" Bellerinə 18, Bonuççiyə 35, Aubameyanqa 45 milyon avro qiymət qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə