Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Sabah bizi seçmə mərhələdə ilk ev oyunu gözləyir. Rəqibin güclü olduğunu başa düşürük. Norveçin oyun üslubu dəyişib. Onlar indi hücumda daha sürətli oynamağa başlayıblar. Ona görə də maksimum diqqətli olmalıyıq.
- Norveçli jurnalistlərin bu mətbuat konfransına qatılmaması nədənsə xəbər vermir ki?
- Bu, bizə maraqlı deyil. Bizim jurnalistlər buradadır, yetər. Amma bir halda ki, Bakıya gəliblər, konfransa qatıla bilərdilər. Əminəm ki, onların komandası oyuna tam ciddi yanaşır. Asan olmayacaq. Güclü rəqibdir.
- "Qarabağ"ın "Qəbələ"yə qarşı matçını buraxmalı oldunuz. İndi necəsiz?
- "Fiorentina" ilə oyunda zədələndim. Amma ciddi zədə deyildi. Komanda ilə məşq edirdim. Nə dərəcədə hazır olduğumu baş məşqçi deyə bilər.
- Sabah stadionda 20 000 də azarkeş olsa, onların dəstəyini hiss etmək çətin olacaq. Sizə elə gəlmir ki, Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmaq yaxşı olardı?
- Öz aramızda da bu barədə söhbətimiz olub. Təbii ki, stadionu tam dolu görmək istəyərdik. Ümid edirik ki, çox azarkeş gələcək. Ən azı 40 və ya 50 min azarkeş görmək istəyərdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB