Çempionlar Liqasının qpup mərhələsinə düşməyi hədəfləyən "Neftçi" heyətini gücləndirmək üçün axtarışları davam etdirir. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan çempionu Avropada uğurlu çıxış etmək məqsədi ilə supertransferə hazırlaşır.
Artıq "Neftçi"nin transfer edəcəyi məşhur futbolçunun adı məlumdur. Bu barədə məlumat verilməsə də, onunla bağlı müəyyən informasiyalar əldə edə bilmişik. Məlumat verən mənbənin sözlərinə görə, Azərbaycana gəlməyə hazırlaşan məşhur futbolçu hazırda "Böyük beşlik" ölkələrinin birinin çempionatında top qovur. O, əvvəllər "Böyük beşliy"in başqa çempionatında çıxış edib. "Neftçi"nin supertransferi hücumameylli yarımmüdafiəçi kimi çıxış edir. Transfer yaxın 2-3 həftə ərzində reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB