"Spartak" Rusiya Futbol Federasiyasından baş hakim Serqey İvanova cəza verilməsi üçün müraciət edib. SİA-nın məlumatına görə, Moskva klubu Premyer Liqanın 9-cu turunda "Zenit"lə baş tutmuş görüşdə referinin idarəçilikdə kobud səhvlərə yol verdiyi qənaətindədir.
"Oyunu idarə edən hakimin səviyyəsi istənilən kimi deyildi. Bunu şikayətdəki təsvirlər və video fraqmentlər sübut edir" - "Spartak"ın müraciətində deyilir.
Qeyd edək ki, "Spartak"ın qapısına 2 penalti təyin olunan görüşdə "Zenit" 4:2 hesabıyla qalib gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB