"Qarabağ" Premyer Liqanın VII turunda "Qəbələ" ilə matçdan sonra dünən klubun bazasında məşqə çıxıb. SİA-nın məlumatına görə, hazırlıqda milli komandalarda olan futbolçular iştirak etməyib.
Baş məşqçi Qurban Qurbanov komandaya iki günlük istirahət verib. "Qarabağ" oktyabrın 6-da bir araya gələrək Premyer Liqanın VIII turunda qarşılacağı "Sumqayıt"la matçın hazırlıqlarına start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB