Batistuta: "Xoşbəxtəm ki, Tottini tanıyıram"

Batistuta: "Xoşbəxtəm ki, Tottini tanıyıram"

Argentina futbolunun canlı əfsanəsi Qabriel Batistuta ötən gecə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda keçirilən "Fiorentina" - "Qarabağ" (5:1) oyununu izləyib. SİA-nın məlumatına görə, qarşılaşmadan sonra sözügedən oyun haqda danışan "Fiorentina" və "Roma"nın sabiq futbolçusu vaxtilə birgə oynadığı Françesko Totti ilə bağlı da fikirlərini bölüşüb: "Fiorentina"nın oyununu analiz etməyə ehtiyac yoxdur, çünki rəqib 10 nəfərlə oynayırdı. "Fiorentina" turnirdə nə qədər irəliləyəcək? Bunu vaxt göstərəcək.Tottini hələ də meydanda görəndə əsəbləşirəm (gülür). O, böyük futbolçu və böyük insandır. Tottini futbolçu kimi bütün dünya tanıyır, ancaq insan kimi çox az adam. Mən xoşbəxtəm ki, onu tanıyıram".

Bütün xəbərlər Facebook səhifəmizdə