Usim Nduka millinin təlim-məşq toplanışına niyə qatılmır?

Usim Nduka millinin təlim-məşq toplanışına niyə qatılmır?
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayır. Siasport.az saytı xəbər verir ki, AZAL klubunun futbolçusu Usim Nduka toplanışda iştirak etmir. Futbolçunun məşqlərdə iştirak etməməsinin səbəbi isə ailə vəziyyəti ilə əlaqədar ölkə xaricində olmağıdır.
Xatırladaq ki, toplanış mayın 28-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə