“Cüdo TV” fəaliyyətə başlayıb

“Cüdo TV” fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası - "Cüdo TV" fəaliyyətə başlayıb. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Cüdo TV"də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə