Mayın 24-də keçiriləcək NBC Bank Azərbaycan kubokunun final oyunundan öncə möhtəşəm şou-proqram təşkil olunacaq. Siasport.az saytı xəbər verir ki, saat 18:30-da başlayacaq konsert proqramında Azərbaycanın estrada ulduzları – Manana, Röya, həmçinin reper Hüseyn Dərya və meyxana ustadları çıxış edəcəklər.
Qeyd edək ki, NBC Bank Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyunu saat 20:00-da başlayacaq. Matçdan sonra isə azarkeşlər arasında Renault Logan avtomobilinin və digər qiymətli hədiyyələrin oynanıldığı uduşlu lotereya keçiriləcək. Final oyunu üçün akkreditasiya almış KİV nümayəndələri üçün iki ədəd noutbuk oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB