Asim İbrahimov "Turan"dan ayrılıb?

Asim İbrahimov "Turan"dan ayrılıb?

"Turan" yenidən baş məşqçisiz qalıb. Siasport.az saytı xəbər verir ki, Naci Şensoyun qovulmasından sonra komandaya baş məşqçi təyin olunan Asim İbrahimov Tovuz klubundan ayrılıb.
"Turan"ı yalnız "Qəbələ" ilə oyuna çıxaran və 0:1 hesabı ilə yenilən İbrahimov daha sonra heç kimə xəbər vermədən düşərgəni tərk edib. Belədə komandanın dünən "Simurq"la oyuna (2:1) Eltay Aslanov çıxarıb.
İbrahimovun komandadan ayrılmasının səbəbləri məlum deyil.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə