Bu gün media nümayəndələri arasında voleybol turnirinin final oyunları keçiriləcək
Media nümayəndələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan voleybol turniri yekunlaşmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, "Yeni Azərbaycan", "İki Sahil" və "Səs" qəzetlərinin təşkilatçılığı və "Azərfon" şirkətinin sponsorluğu ilə keçirilən xatirə turnirində media nümayəndələri arasında gedən gərgin mübarizənin final anı yetişib. Turnirin qalibi adı uğrunda iki komanda bu gün final oyununda ən güclünü müəyyənləşdirəcəklər. Belə ki, bu gün Azərbaycan Voleyvol federasiyasının idman zalında saat 11-də start veriləcək final matçında "SƏS" İnformasiya Agentliyinin komandası ilə AzərTAc-ın komandası üz-üzə gələcəklər. Güclü və əsəblərinə hakim olan kollektiv xatirə turnirinin qalibi olacaq. Final matçından əvvəl isə 3-4-cü yer uğrunda oyun keçiriləcək. Belə ki saat 10:00-da "Mövqe" və "Futbol+qol" qəzetlərinin birgə komandası "Xalq" qəzetinin kollektivi ilə 3-cü yer uğrunda mübarizə aparacaq. Oyunlardan sonra isə qalib komandaların mükafatlandırma mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB